"Oğlum dedi ki, bu nədir geyinmisən, utanıram" - Günay

"Oğlum dedi ki, bu nədir geyinmisən, utanıram" -  Günay
9827 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Günay Firudinqızı fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən aparıcı hər zaman qara libaslara üstünlük verməsinin səbəbini açıqlayıb:

“İdman tərzi ilə klassik geyimləri sintez etməyi xoşlayıram. Efirdə isə çox vaxt klassik geyinirəm. Hətta hərdən baxanda yaşımdan böyük görsəndiyimi görürəm. Qarderobumdakı geyimlərin çoxu qara rəngdədir. Özümdən asılı deyil, mağazaya girəndə ancaq qara libaslar seçirəm. Evdə də mənə irad tuturlar. Qara libasda özümü özəl və şarmlı hiss edirəm. Mənim üçün geyimdə sərhəd var. Çünki oğlum artıq geyimlərimə qarışır. Bu gün cırıq-cırıq cins geyinmişdim, açıq idi. Oğlum buna irad tutdu: “Bu nədir geyinmisən, utanıram. Məni məktəbə qoyanda maşından düşüb gəlmə”. Sonra o şalvarla sadə kofda, qara gödəkcə geyindim və normal göründü. Çox açıq-saçıqlığa üstünlük vermirəm. Amma tərbiyəni, əxlaqı geyimlə ölçmürəm. Nə qədər açıq geyinsəm də, abartmamağa çalışıram”.

G.Firudinqızı geyimə xərclədiyi pullardan da danışıb:

“Paltara çox pul xərcləmirəm. Gözəl geyinənlərə baxanda görürük ki, çoxunun evi, maşını kreditdir. Amma hər bir xanım kimi mən də mağaza qarşısından keçəndə, nəsə almasam dayana bilmərəm. Bahalı libaslara üstünlük vermirəm. Onu da deyim ki, geyimdən çox kitaba pul xərcləyirəm”.

Foto: Ramin ASLANOV