"Bu qalmaqallara qarışmaq istəmirəm" - Nazpəri

"Bu qalmaqallara qarışmaq istəmirəm" - Nazpəri
4707 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva küsülü olduğu İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın məktubunda adının yer almasına münasibət bildirib.

Axşam.az-a açıqlama verən müğənni ona qarşı edilən haqsızlıqdan danışıb:
 
“Heç bir sübut olmadan, məni 25 min manat cərimələdilər. Mənsə buna baxmayaraq, məhkəmənin haqsız qərarına riayət etdim. 25 min manatı ödədim. Hətta apellyasiyaya da şikayət verdim, amma işimə baxmadılar. Çünki qarşı tərəfin tələbi sifarişli idi”.

“Mehriban Hüseynovanın məktubunu oxumusunuz” sualına N.Dostəliyeva belə cavab verib:

“Oxumuşam... Son günlər baş verən qalmaqallara qarışmaq istəmirəm. Amma həqiqətən mən də o haqsızlıqdan görmüşəm".

Qeyd edək ki, M.Hüseynova İ.Quliyeva ilə bağlı məktubunda bunları yazmışdı:

“Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özüm də”.

Xatırladaq ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırırdı.