Azərbaycanlı gənc Fransanın "Səs" yarışmasında - video

Azərbaycanlı gənc Fransanın "Səs" yarışmasında - video
4657 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı ifaçı Araz Hümbətli Fransanın "Voice" ("Səs") yarışmasına qatılıb.

Axşam.az-ın məlumatına görə, o, Kris Ayzekin (Chris İsaac) repertuarından "Wicked game" mahnısını fərqli tərzdə oxuyub. Həmyerlimiz tar sədaları altında başladığı ifanı rokla bitirib.

Araz münsiflər heyətinin dördünü də özünə tərəf döndərib və o, sonda müğənni Zazieni seçib.

Qeyd edək ki, Bakıda anadan olan 25 yaşlı Araz Fransanın Tuluza şəhərində yaşayır və fransız qadınla evlidir.