Ən məşhur üç türk serialı bu evlərdə çəkilir - fotolar

Ən məşhur üç türk serialı bu evlərdə çəkilir - fotolar
7489 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk seriallarında gördüyümüz evlər istər arxitekturası ilə, istər yerləşdiyi məkan və mənzərəsi ilə hər zaman seçilirlər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, Kanal D-nin reytinqli serialı "Güneşin kızları"nın ilk səhnələri İzmirdə, sonrası isə Kanlıca səmtindəki mülklərdə çəkilib.

Baş rollarında Emra Kınay, Evrim Alasya, Tolga Sarıtaş, Teoman Kumbaracıbaşı, Burcu Özberk, Hande Erçel, Miray Akay, Berk Atan, Meltem Gülenç, Funda İlhan və Kanat Heparı kimi ulduzların yer aldığı layihədə villanın yaşıllıq içində olan həyəti də diqqət çəkir.





Baş rollarını Berk Oktay, Seren Şirince, Pamir Pekin və Eda Ecenin paylaşdığı "İlişki Durumu Karışık" serialı isə "Show TV"nin sevilən layihələrindəndir. Serialın çəkiliş meydançası Şilenin Ulupelit kəndindəki meşə evində qurulur.







Fox Tv-də yeni başlayan və reytinqlərdə üst sıralarda yer alan "Kördüğüm" serialı memar Murad Ataburuta aid villada çəkilir. Baş rollarında İbrahim Çelikkol, Belçim Bilgin və Alican Yücesoyun çəkildiyi serial Polonezköydə lentə alınır.