Geyimini və davranışını dəyişəcək - sevgilisinə görə

Geyimini və davranışını dəyişəcək - sevgilisinə görə
3092 dəfə oxunub
  • A-
  • A
  • A+

Son illər həm səhnədə, həm də şəxsi həyatında etdikləri ilə hər kəsi heyrətləndirən müğənni Mayli Sayrus yenə də gözlənilməz qərar verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2013-cü ildə ayrıldığı nişanlısı Kris Hemsvortla bu yaxınlarda yenidən nişanlanan qalmaqallı ifaçı bundan sonra özünü ağır aparacaq.

Hər zaman ifrat açıq, bəzən də ikrah doğuran geyimləri və anlaşılmaz hərəkətləri ilə gündəmə gələn Mayli sevgilisinə qovuşduqdan sonra həm geyimini, həm də həyatını qaydasına qoymağa qərar verib.

Qeyd edək ki, gənc cütlük Maylinin davranışlarına görə ayrılmışdı. Sayrus bu ayrılıqdan sonra səhnədə göz yaşı tökmüşdü.