Samirdən "O səs Türkiyə"dəki Leylaya dəstək

Samirdən "O səs Türkiyə"dəki Leylaya dəstək
2709 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev və “O səs Türkiyə” layihəsində iştirak edən Leyla Rəhimova “10-dan sonra” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, S.Piriyev Leyla üçün iş adamlarına müraciət edib:

“Bu günə kimi özüm üçün heç kimə ağız açmamışam. Buradan üzümü Türkiyədə, başqa xarici ölkədə yaşayan iş adamlarımıza tutub deyirəm ki, Leylaya dəstək olun. Çox istedadlı gəncdir. Belə insanlara dəstək olaq. Onun kimi istedadın batmasına imkan verməyək”.

Qeyd edək ki, L.Rəhimova ifası ilə "O səs Türkiyə"nin münsiflərini heyran qoymuşdu. O, Murad Bozu seçmişdi.