Burakla Aslı Bakıda qala gecəsində - fotolar

Burakla Aslı Bakıda qala gecəsində - fotolar
8614 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində türkiyəli aktyor Burak Özçivitlə aktrisa Aslı Enverin və müğənni Murad Bozun rol aldığı “Kardeşim benim” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, Murad Boz işlərinin çoxluğundan Bakıya gələ bilməsə də, Burakla Aslı gecədə iştirak ediblər. B.Özçivit jurnalistlərə açıqlamasında filmdən bəhs edərək, Azərbaycanda xoş qarşılandıqlarını bildirib:
 
“Film qardaşlıqdan bəhs edir. Biz də Azərbaycanla qardaş ölkəyik. Ailəvi şəkildə izləniləcək filmdir. Ötən il də Bakıda belə gözəl qarşılanmışdıq. Bu, gözəl haldır”. 

Qeyd edək ki, qala gecədə izdiham yaşanıb.