Gənc aktyor ata oldu

Gənc aktyor ata oldu
2158 dəfə oxunub
  • A-
  • A
  • A+
Xarizmatik aktyor, gənc qızların sevimlisi olan fransız aktyor Qaspar Ulyel ata olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner İv Sen Loran haqqında çəkilmiş “Sen-Loran. Stil – bu, mənəm” filmində yaratdığı obrazla milyonların sevimlisinə çevrilən aktyorun oğlu dünyaya gəlib.

Qeyd edək ki, müğənni və model Qael Pyetri ilə münasibətdə olan Qaspar onunla 2013-cü ildən görüşür. Qaelin hamilə olması haqda xəbərlər ötən ilin noyabrında KİV-də yayılmağa başlamışdı.