Obama ulduzlara qonaqlıq verdi - fotolar

Obama ulduzlara qonaqlıq verdi - fotolar
5055 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama Ağ Evdə ənənəvi "White House Correspondents" ziyafətini təşkil ediblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə bir çox məşhur iştirak edib. Prezident iqamətgahının qırmızı xalçasında Adriana Lima, Emma Uotson, Helen Mirren, Reyçel MakAdams, Kerri Vaşinqton, Eşli Qrem, Karli Kloss kimi ulduzlar olub.

Obama bu il prezidentliyə namizəd olan Donald Tramp haqda danışarkən etdiyi zarafatda Azərbaycanın da adını çəkib:

"Respublikaçılar deyirlər ki, Trampın prezident olmaq üçün kifayət qədər siyasi təcrübəsi yoxdur. Mən bununla razı deyiləm. O, il ərzində bütün dünya liderləri ilə görüşüb. Məsələn, Miss İsveç, Miss Argentina, Miss Azərbaycan...".

B.Obama eyni zamanda prezidentlik yarışında Hillari Klintonu dəstəklədiyini gizlətməyib.