"Aygündən çox incimişəm" - Zülfiyyə Xanbabayeva

"Aygündən çox incimişəm" -  Zülfiyyə Xanbabayeva
4871 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Zülfiyyə Xanbabayeva həmkarı və keçmiş dostu Aygün Kazımova ilə küsülülüyündən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “V element” verilişində ondan incidiyi etiraf edib:

“Aramızda soyuqluq var, gizlətmirəm. Bu bizim aramızda olan məsələdir. Bizim gözəl münasibətlərimiz olub. Məni başa düşmədi. Bir müsahibəm oldu, sona kimi dinləmədi, ya da ona başqa cür çatdırdılar. Bəzi məqamları şişirtdi, ondan çox incidim. Ona qarşı kinim yoxdur, arada inciklik yarandı. Bunun üçün telefon var. Söz demək istəyirsənsə, zəng vur, yerində həll edək.

Brilliant Dadaşova ilə o qədər küsmüşük, heç kimin xəbəri olmayıb. Bir kişi müğənni ilə 7 il küsülü olmuşam, indi barışmışıq. Heç kimə demədik”.

Z.Xanbabayeva “Aygün Kazımovanın qızı İlqarəyə övladım deyirsiniz” sözünə belə cavab verib:

“Övladlarımızın günahı yoxdur ki, onların anaları bizik”.