"Ay bədbəxt, sən özün həyatda varsan ki..."

"Ay bədbəxt, sən özün həyatda varsan ki..."
3303 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) efirləri və bəzi aparıcıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, Tolik sosial şəbəkədə bunları yazıb:

“Hərdən efirlərə baxanda gülməyim yox, qusmağım gəlir. Şou-biznesdən mövzu qoyurlar, amma buranın nümayəndəsindən başqa hamını ora çağırırlar: onun-bunun çantasın daşıyan, çayxana işlədən... Ona sual verən yoxdur ki, ay bədbəxt, sən özün həyatda varsan ki, şou-biznesdən danışırsan?

Bu efirlərin bəziləri öz “qaluboy” aparıcılarına kişi deyirlərsə, onlar üçün şou-biznes elə gördüyü insanlardan ibarətdir.

Artıq prodüser adı da elə cılızlaşıb ki... Hərdən özümə bu adı deyəndə, deyirəm ki, "Yox, elə Tolik kimi tanınsınlar, bəsdir”. Əsas odur ki, hansısa klublarda qızlarla oturmuram. Sonra da mənə yazsınlar ki, filan prodüser qızlarla oturub”.