Səbinə və Nigar şikayətləndi: "Xaricdə məşhur olmaq..."

Səbinə və Nigar şikayətləndi: "Xaricdə məşhur olmaq..."
1967 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” təmsilçilərimiz Nigar Camal və Səbinə Babayeva “Hər axşam” verilişinin qonağı olublar.

Axşam.az-ın məlumatına görə, müğənnilər əcnəbi ölkədə tanınmağın çətinliyindən danışıblar. Onlar əcnəbilərin ölkəmizdə qısa zamanda məşhurlaşmasından gileylənib.

N.Camal İngiltərədə yaşamasına baxmayaraq, orada fəliyyət göstərməməsini qınayanlara cavab verib:
 
“Mən Londona ancaq övladlarımla məşğul olmaq üçün gedirəm. Biz də istəyərdik ki, ifaçılarımızın səsi xarici ölkədən gəlsin. Amma bu haqda danışmaq mənasızdır. İngiltərədə məşhur olmaq üçün orada doğulub, böyüməlisən. Ondan sonra bəlkə nəsə edə bilərsən”.

S.Babayeva isə “Hansı ölkədən gəlsən, Azərbaycanda ulduz ola bilərsən. Bu, çox asandı” deyə, iradını bildirib.