"Kösəm sultan", "Kördüğüm", "Kurtlar vadisi"... - dünənin reytinqi

"Kösəm sultan", "Kördüğüm", "Kurtlar vadisi"... - dünənin reytinqi
5581 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Türkiyə telekanallarında ən rəqabətli günlərdən biri olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Survivor" proqramı efirə getmədiyi üçün seriallar xəbərlər buraxılışı və futbol üzrə kubok finalının yayımı ilə rəqabətə giriblər.

Total reytinqdə seriallar arasında günün lideri "Kurtlar Vadisi Pusu" olub. O, 4-cü pillədə qərarlaşıb. Daha sonra isə "Asla vazkeçmem" yer alıb. "Kördüğüm" serialı geriləyərək 12-ci yerə düşüb. "Yeter" isə futbol qarşılaşmasına görə efirə getməyib.

"Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasına görə bütün seriallar iki pillə geriləsə də, "Kösəm sultan" keçən həftəyə nisbətən 1 pillə aşağı düşüb.

AB reytinqdə isə seriallar arasında lider yenə də "Kösəm sultan" olub.