Evlilik proqramı ilə bağlı qalmaqallı açıqlama: "Oradakılar əxlaqsızdır"

Evlilik proqramı ilə bağlı qalmaqallı açıqlama: "Oradakılar əxlaqsızdır"
5196 dəfə oxunub
  • A-
  • A
  • A+

Zuhal Topalın aparıcılıq etdiyi evlilik proqramı ilə bağlı daha bir iddia səsləndirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramda bəy namizəd olmuş Ahmet hər şeyin ssenari olduğunu vurğulayıb.

O, verilişdəki Hanife ilə Denizin sevgili olduğunu, amma buna rəğmən orada iştiraklarını davam etdirdiklərini deyib. Ahmet oradakı qızların eskort olduğunu, saatlarına pul ödənərək canlı yayıma çıxarıldıqlarını bildirib:

"Mövzu tapmırlar. Axmaq şeylərlə insanları aldatmağa çalışırlar. Mən onların dediyi kimi hərəkət etmədim, davranmadım deyə proqramdan ayrıldım. Məni təhdid edə bilməzlər. Harada yaşadığım bəllidir...".
 
Keçmiş iştirakçı "Oradakı hər kəs əxlaqsızdır" deyərək iştirakçıların intim münasibətlərinin olduğunu açıqlayıb.