Gözaltı qaralar üçün təbii maska

Gözaltı qaralar üçün təbii maska
7656 dəfə oxunub
  • A-
  • A
  • A+

Gözaltı qaralar ən çox rast gəlinən problemlərdən biridir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bunun müxtəlif səbəbləri ola bilər: kompüterdən istifadə, bəzi dərmanlar və ya kosmetik vasitələr, genetik faktor, stress, yorğunluq, dəmir əskikliyi və s.

Gözaltı qaralardan ev şəraitində hazırlayacağınız maska ilə qurtula bilərsiniz:
1 kartof
7 ədəd nanə yarpağı
3 xörək qaşığı su
Ortadan ikiyə ayrılmış makiyaj təmizləmə pambıqları

Hazırlanması:

Kartof və nanə yarpaqlarını blenderdən keçirin və su ilə yaxşıca qarışdırın. Pambığı bu qarışıma batırın və bir saat pambıqları qurudun. Bir qutuya qoyub ağzını möhkəm bağlayın. Gündə 15-20 dəqiqə bu maskadan istifadə etməklə tez bir zamanda gözaltı qaralarınızdan qurtula bilərsiniz.