Məşhur rok qrupu "Coldplay" Berlində verdiyi konsertdə Atatürk hava limanındakı terror hadisəsini unutmayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qrupun solisti Kris Martin "Everglow" mahnısını oxumadan əvvəl pianonun üstünə Türkiyə bayrağını sərib və mahnısını İstanbul üçün oxuyub:
"Bu mahnını İstanbuldakı, Türkiyədəki hər kəsə göndəririk. Türkiyə bayrağı ilə onlara sevgilərimiz yollayırıq".
K.Martinin türkcə salamlaşaraq "merhaba, efendim" deməsi uzun müddət alqışlanıb.