Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1315 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında iyulun 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 23-24, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Leysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.