Aktrisa reytinqli serialdan niyə ayrıldı? - açıqlama

Aktrisa reytinqli serialdan niyə ayrıldı? - açıqlama
9283 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının növbəti mövsümündə Mujde Uzman yer almayacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb kimi onun müğənni Sinan Akçılla olan sevgi dedi-qodularının rejissor Raci Şaşmazı narahat etməsi göstərilirdi.

Lakin aktrisa ekran işindən qovulmasını təkzib edərək açıqlama verib. O, serialdan öz istəyi ilə ayrıldığını vurğulayıb:

"Bu, iftiradır. Həyatım boyu işimi görərkən dəqiq, həssas və hörmətli biri olmuşam. İsrarla belə qalmağa davam edib qəlbimi, ağlımı, bu işə baxışımı dəyişməyəcəm. Məsafəni qorumağa və işimi sevib layiqincə görməyə qərarlıyam".

Qeyd edək ki, yeni mövsümdən etibarən serialda Məryəm Uzerli və Sanem Çelikin yer alması gözlənilir.