Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq
2015 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Gecə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacağı gözlənilir.