Qurban bayramında neçə gün iş olmayacaq?

Qurban bayramında neçə gün iş olmayacaq?
9135 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

Axşam.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Belə ki, NK-nin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir.

Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.