Onlar da "Kösəm Sultan"a qatıldı - fotolar

Onlar da "Kösəm Sultan"a qatıldı - fotolar
7160 dəfə oxunub
  • A-
  • A
  • A+

"Möhtəşəm yüz il: Kösəm" serialının ikinci mövsümünə daha üç məşhur daxil olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, son olaraq "Kurt Seyit ve Şura"da yer alan Farah Zeynep Abdullah, keçən mövsüm "Güllerin savaşı"nda tamaşaçı qarşısına çıxan Canan Ergüdar və "Acı aşk" serialından sonra işsiz qalan Burak Yamantürk sentyabrdan etibarən tarixi serialda yer alacaqlar.

Qeyd edək ki, yeni mövsümdə Sultan IV Muradın dövrü təsvir ediləcək. IV Muradı Metin Akdülger canlandıracaq. Keçən mövsümün "Kösəm sultan"ı Beren Saat layihədən ayrıldığı üçün onu Nurgül Yeşilçay əvəz edəcək. B.Saat sadəcə mövsümün ilk seriyasında yer alacaq və daha sonra ssenariyə görə illər sürətlə keçəcək.

Eyni zamanda birinci "Möhtəşəm yüz il"də Şahzadə Mustafanı canlandıran Mehmet Günsür də "Kösəm Sultan"da Hezarfen Ahmed Çelebiyə həyat verəcək.

Xatırladaq ki. Hülya Avşar, Mete Horozoğlu, Ekin Koç, Esra Dermancıoğlu, Aslıhan Gürbüz, Tülin Özen kimi tanınmışlar serialın ilk mövsümündə çəkilmişdilər.

F.Z.Abdullah



Canan Ergüdar



Burak Yamantürk



Metin Akdülger



Nurgül Yeşilçay



Mehmet Günsür