"Özümü makiyajsız daha çox bəyənirəm" - Natavan

"Özümü makiyajsız daha çox bəyənirəm" -  Natavan
4056 dəfə oxunub
  • A-
  • A
  • A+
“Deyirlər ki, Natavan özündənrazıdır. Əslində belə deyil. İnsanlar arasında fərq qoymuram. Hamıya eyni yanaşıram. Gündəm, reklam bu gün var, sabah olmaya bilər”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Natavan Həbibi deyib.

Sənətçi bildirib ki, hər kəslə dost münasibətində qalmağa çalışır: 

“O qədər insanlar var ki, vəzifələrindən istifadə edib, adama pis davranıblar. Hətta belə televiziya işçiləriylə də rastlaşmışam. Telekanal işçiləri olub ki, vəzifədə olanda, insanlarla pis rəftar ediblər. Demişəm ki, “sən sabah bu işdən gedib, heç kimə lazım olmayacaqsan. Amma mən müğənni kimi qalacam”. Münasibəti elə saxlamalıyıq ki, kimisə küçədə görəndə də salam verək”.

N.Həbibi fotolarda və efirdə kök görünməsindən şikayətlənib:

“Çəki kompleksim yoxdur. Sadəcə, şəkil çəkdirəndə, efirə çıxanda kök düşürəm. Məni həyatda görməyənlər elə bilirlər ki, kökəm.

Bir də mən özümü makiyajsız çox bəyənirəm. Amma çəkilişlərə o cür getmirəm, efir mədəniyyətini saxlayıram”.

Avtomobilindən danışan sənətçi böyük maşına üstünlük verməsinin səbəbini açıqlayıb:

“Avtomobildə rahatlıq xoşlayıram. Biz müğənnilər hər zaman narahat libaslar geyinirik. Ona görə də ətrafımda boşluq olmasını istəyirəm. Hazırki avtomobilimin içi də genişdi, ona görə seçmişəm”.