Yeni doğulmuş uşağı taksidə unutdular

Yeni doğulmuş uşağı taksidə unutdular
5394 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyanın Hamburq şəhərində qəribə hadisə baş verib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ikinci övladları dünyaya gələn cütlük doğum evindən qayıdıb. Onlar taksidən düşdükdən sonra uşağı unutduqlarının fərqinə varıblar. Ata taksinin arxasınca qaçsa da çatmayıb. Körpə yatdığı üçün sürücü onun varlığından xəbərsiz olub. Taksiyə minən sərnişinlər uşağı görüb və dərhal polisə müraciət edilib. Körpə ailəsinə qaytarılıb.