22 yaşında dördüncü dəfə xərçəng olan bloqer vəfat etdi

22 yaşında dördüncü dəfə xərçəng olan bloqer vəfat etdi
7624 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur İnstaqram fenomeni Neslican Tay bu gün vəfat edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı gənc qız 4 il əvvəl sümük xərçənginə tutularaq ayağının birini itirmişdi.

Xəstəlik ayağından sonra ağciyər və digər orqanlarına yayılsa da o, kimya terapiyalar sayəsində qalib gəlmişdi. Dördüncü dəfə xərçəngə tutulan gənc qız orqan yetməzliyi səbəbilə bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Neslican xəstəliyinə baxmayaraq, hər zaman pozitiv paylaşımları ilə eyni xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmuşdu. Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.