Nüfuzlu film və televiziya mükafatları olan "Qızıl qlobus-2019"un namizədlər siyahısı açıqlanıb.

Axşam.az xəbər verir ki, mükafatların təqdimat mərasimi yanvarın 5-də keçiriləcək.

Ən yaxşı filmlər arasında Kventin Tarantino, Martin Skorseze, Todd Fillips, Sem Mendesin adları var.

“Çernobıl” filmi “Ən yaxşı teleseriallar” nominasiyasına ən iddialı ekran əsəri kimi göstərilir.

“Ən yaxşı aktyor” nominasiyasında Hollivudun ulduzları Eddi Mörfi, Leonardo Di Kaprio, Antonio Banderas, Hoakin Feniks kimi məşhurların adları var.

“Ən yaxşı aktrisa” nominasiyasında Cennifer Lopes, Keti Beyts, Annet Beninq, Lora Dörn, Sirşa Ronan və Rene Zellveqerin namizədlikləri irəli sürülüb.



Xəbər lenti