Bir müddətdir Çağla Gizemlə sevgili olan türkiyəli aktyor Ahmet Kural evlənməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, “Gel konuşalım” verilişində sənətçinin gələn ay nişanlanacağı bildirilib.Onların toyu yayda baş tutacaq.

Qeyd edək ki, A.Kural bundan öncə müğənni Sıla ilə evli idi. Cütlük qalmaqallı şəkildə ayrılmışdı. Sıla bir neçə həftə öncə məşhur aşpaz Hazer Amani ilə evlənib.



                 

Xəbər lenti