Kobe Brayantla vidalaşmağa 30 min adam gəldi - Video

Kobe Brayantla vidalaşmağa 30 min adam gəldi -  Video
1439 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Los-Ancelesdə yanvarın 27-də helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobe Brayant və onun qızı Cianna ilə vida mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, "Los Angeles Lakers" komandasının basketbolçusu və onun qızı ilə vidalaşmağa stadiona 30 mindən çox adam gəlib.

Mərasimdə Kobi Brayantın ailəvi dostluq etdiyi məşhurlar, Beyons, Cey-Zi, Maykl Cordan, Cennifer Lopez, Aleks Rodriqes, Şakil O Neil, “Snoop Dog”, Kristina Agilera və başqaları da iştirak edib.

Beyons gecədə səhnəyə çıxaraq Kobi üçün mahnı da oxuyub.

Qeyd edək ki, helikopter güclü dumana görə Kaliforniya əyalətinin Kalabas bölgəsində qəzaya uğrayıb.