"Səməd Səmədov haqqımı itirdi" - Video

"Səməd Səmədov haqqımı itirdi" -  Video
1466 dəfə oxunub
  • A-
  • A
  • A+
"Əli Mirəliyev sıxıcıdır. Həm də qalmaqala meyillidir. Nadir Qafarzadə də qalmaqala həvəslidir. Amma qalmaqal edəndə, düz edir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "7 Canlı" proqramında deyib. İfaçıya veriliş zamanı sənət adamlarının fotoları göstərilib və suallar ünvanlanıb.

Sevda "Kiminlə duet oxumazdınız" sualına keçmiş duet ortağı, Xalq artisti Səməd Səmədovun adını çəkib və bunları əlavə edib:

"15 il Səmədlə duet oxumuşam. Bundan sonra heç vaxt onunla duet oxumaram. Haqqımı itirdi. İndi onunla düşmən deyilik, dostuq. Amma həyatıboyu onunla duet oxumaram. İllərim heç nəyə getdi. 15 il ərzində başqa işlər edərdim".