Etibar Babayev koronavirusdan vəfat etdi

Etibar Babayev koronavirusdan vəfat etdi
5718 dəfə oxunub
  • A-
  • A
  • A+

AzTV-nin daha bir əməkdaşı koronavirusdan dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19 infeksiyasına yoluxub və ötən gün vəfat edib.

Onun vəfat etməsi ilə bağlı xəbəri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli şəxsi feysbuk hesabında yayıb.

E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.