Aktrisa-aparıcı Mələk Heydərova ötən gündən bəri "Fairmont Baku" otelində istirahət zamanı çəkdirdiyi və sosial şəbəkədə yayımladığı fotolarından danışıb.

Axşam.az xəbər verir ki, sənətçi karantin qaydalarını pozduğu üçün üzr istəyib:

"Ölkəmizdə karantin rejimi hökm sürür. Buna əməl etmək isə hər birimizin borcudur. Biz nə vəzifəmiz, nə də statusumuzla başqalarından fərqlənmirik. Qaydalar hər birimiz üçün eynidir. Sosial şəbəkələrdə mənim həftəiçi çəkdirdiyim şəkillər paylaşıldı. Bununla bağlı üzrxahlıq etmək istəyirəm.

Gündəmdə olan insanam. Etdiyim səhvlər, düzgün olmayan addım tez gündəm olur və danışılır. Hazırda mən məzuniyyətdəyəm. Artıq bir həftədir işə getmirəm. Düşündüm ki, məzuniyyətimi yaxşı dəyərləndirim. Amma görünən odur ki, düzgün dəyərləndirə bilməmişəm".



                 

Xəbər lenti