Anar Kərimov Fəxrəddin Manafovla Ayaz Salayevi təbrik etdi

Anar Kərimov Fəxrəddin Manafovla Ayaz Salayevi təbrik etdi
2365 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov milli kino sənətinin tanınmış nümayəndələri – Xalq artisti, kinoaktyor Fəxrəddin Manafovu anadan olmasının 65 illiyi, Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayevi anadan olmasının 60 illiyi münasibətilə təbrik edib.

Axşam.az-a nazirlikdən verilən məlumata görə, təbrikdə hər iki yubilyarın Azərbaycan mədəniyyətinə, o cümlədən kino sənətinə mühüm töhfələr verdiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, 40 ilə yaxındır Azərbaycan kinosunun sevilən simalarından biri olan Fəxrəddin Manafov güclü aktyor istedadı sayəsində, müxtəlif filmlərdə yaratdığı xarakterik obrazlarla təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tamaşaçı rəğbəti qazanıb və kino sənətimizi tanıdıb.

Təbrikdə həmçinin Ayaz Salayevin rejissor və ssenarist kimi müasir Azərbaycan kinosunda özünəməxsus yerə malik olduğu, eyni zamanda ölkəmizdə kino sənətinin təbliğində və populyarlaşmasında xidmətləri, bu sahədə səmərəli pedaqoji fəaliyyəti xüsusi qeyd olunur.

Anar Kərimov hər iki yubilyara ən xoş arzularını bildirib, onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.