Rusiyalı müğənni Nataşa Korolevanın son günlər gündəmdən düşməyən xəyanət məsələsinə əri Tarzan aydınlıq gətirib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, striptizçi arvadına xəyanət etdiyini açıq-aşkar söyləyib. O bildirib ki, ortada gerçəkdən bir xəyanət olub, amma o, hadisənin qurbanıdır və təxribata məruz qalıb.

Sözügedən xanımın hamilə olmasına gəlincə isə, Tarzan bu haqda danışmaqdan imtina edib. Rəqqas qadının ondan hamilə qalmasının hələ dəqiq olmadığını deyib. "Bu məsələnin dəqiqləşməsi üçün zaman lazımdır" deyə, o, əlavə edib.



Xəbər lenti