Pandemiya xaosu bir qaşığa sığacaq qədərdir

Pandemiya xaosu bir qaşığa sığacaq qədərdir
1123 dəfə oxunub
  • A-
  • A
  • A+

Televiziya aparıcısı, riyaziyyatçı və yazıçı Matt Parker bütün insanlığı silkələyən COVİD-19 haqqında sadə bir hesablama aparıb.

Axşam.az xəbər verir ki, hesablama, son qlobal qeydlərə görə, 54 milyon insana yoluxan və 1 milyon 326 min 265 insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ümumən nə qədər həcmə malik olması ilə bağlıdır.

Riyaziyyatçı mikroskop altında hərəkət edən koronavirusun ölçüsünə əsasən bir milyon yoluxan insanın olduğunu düşünərək ümumi həcmi hesablayıb. Parkerin hesablamalarının cəmi həcmi 8 mililitrə çatıb. Bununla da bütün yoluxmuş insanlarda olan koronavirus toplansa, bir çay qaşığı içərisinə sığacaq qədər olduğu aydınlaşıb.

Afaq Rza