Türkiyədə 1396 nəfər koronavirusdan sağaldı - 57 xəstə öldü

Türkiyədə 1396 nəfər koronavirusdan sağaldı -   57 xəstə öldü
292 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 57 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 115 328 şübhəli koronavirus testindən keçib, onlardan 1671-nin cavabı pozitiv çıxıb, 1396 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1418  nəfər olub.  

Türkiyədə ümumilikdə 340 450 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9014 nəfər ölüb.