Məşhur aktrisa Cessika Alba Beverli Hillsdə parkların birində ailə ilə əyləncəli vaxt keçirib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, həyat yoldaşı Keş Uorren, eləcə də qızları Heven Qarner və Onor Mari ilə istirahət edib. 32 yaşlı aktrisa sadə idman geyimi və qırmızı çərçivəli qara eynəyi ilə dəbli görünməyi bacarıb.
Analarından bir dəqiqə belə ayrılmayan qızlar olduqca əyləniblər.
Xatırladaq ki, cütlük 2008-ci ildən bəri ailəlidir.