Müğənni Ayan Babakişiyeva ötən gün xalq artisti Aygün Kazımovanın ad günündə fotokameramıza tuş gəlib. Axşam.az-ın məlumatına görə, “Qırmızıpapaq” obrazına girən Ayan ilk dəfə ailəsindən danışıb:
“Xoşbəxtəm, ana olmağa hazırlaşıram. Hamıya bu hisləri dadmağı arzulayıram. Amma mediadan xahişim var ki, mənim bu halımdan istifadə etmıəsinlər. Bütün xəbərlərdə “Hamilə Ayandan yeni fotolar” başlıqlı yazılar gedir. Hər kəsdən ricam budur ki, belə şeylər etməsinlər. Bunlardan uzaq olmaq üçün gündəmdən kənarlaşmışam. Sağlam övlad dünyaya gətirmək istəyirəm”.
Sənətçi övladının cinsiyyəti ilə bağlı xəbərlərə münasibət bildirib:
“Bununla bağlı yazılar mənim üçün əhəmiyyətsizdir, heç kimin fikrinə önəm vermirəm. Mənim üçün körpəmin cinsiyyəti yox, sağlamlığı vacibdir. Onun cinsiyyətini bilirəm, amma sirr saxlayacağam. Adını da fikirləşmişəm”.
Ayan Babakişiyevanın yeni fotolarını təqdim edirik.
Foto: Rəşad ABBASOV