“Xəzər” telekanalının aparıcısı Zaur Kamal yeni layihə ilə efirə gələcək.
Axşam.az-ın məlumatına görə, “Ay Zaur” verilişi və 100.5 FM-dəki fəaliyyəti ilə tanınan Zaur bu dəfə modellərlə çalışacaq. Aparıcı bu haqda “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə açıqlamasında deyib:
“Layihədə oğlan və qız modellər iştirak edəcək. Veriliş üçün saç stilimi də dəyişmişəm. Hazırda layihənin nədən ibarət olduğunu deməyə icazə vermirlər. Amma burada məni model kimi də tanıyacaqsınız. Proqram fevralın ilk həftəsi efirə gedəcək”.