Vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimova ailə həyatından danışıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində xoşbəxt olduğunu deyən Nigar ərini qısqandığını etiraf edib:
“Onu çox qısqanıram. Tez-tez telefonunu yoxlayıram. O da məni qısqanır. Deyir, işə çox fikir verir, ailənə az vaxt ayırırsan. Amma bu, bizim ailədə söz-söhbət yaratmır. Çünki biz ailə olmazdan öncə, yaxın dostuq”.
N.İbrahimova deyib ki, hələlik övlad arzulamır:
“Bu, mənim üçün ən çətin qərardır. Hələ ki, evliliyin dadını çıxarıram, uşaq istəmirəm”.