Dicey Çingiz Mustafayev söz verdiyi kimi, xeyriyyə tədbirini reallaşdırıb.
Axşam.az-ın məlumatına görə, dicey kimsəsiz uşaq evinə və onkoloji xəstəlikdən əziyyət çəkən körpələrə maddi yardım edib.
Uzun müddətdir ki, belə bir niyyəti olan Çina “Maşın” reality şousunda qazandığı avtomobili satıb.
Ç. Mustafayev həmin pulu xeyriyyə işlərinə sərf edəcəyini bildirmişdi.
Tədbirdə sənət aləminin tanınmış simaları – əməkdar artist Teymur Əmrah, müğənni Samir Piriyev, Sevda Yahyayeva, Günay İbrahimli və başqaları iştirak edib.