Haydi Klum növbəti sevgilisindən də ayrıldı

Haydi Klum növbəti sevgilisindən də ayrıldı
727 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyalı supermodel Haydi Klum yenidən atdığı addımla hər kəsi təəccübləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tez-tez sevgililərini dəyişən ulduz həm də mühafizəçisi olan Martin Kristendən ayrılıb.

Cütlük il yarımdır ki, görüşürdülər. Haydi Klum keçmiş ərindən ayrıldıqdan qısa zaman sonra Martinlə münasibətə başlamışdı. Qərb mətbuatı Klumun bu sevgi macərasına da son qoyduğunu yazıb. Deyilən məlumata görə, cütlük əlaqələrini tamamilə kəsib.