Bir müddət əvvəl tək arzusunun xalq artisti Zeynəb Xanlarova ilə şəkil çəkdirmək olduğunu deyən prodüser Tolikin istəyi reallaşıb. Axşam.az-ın məlumatına görə, Tolik Z. Xanlarova ilə bir araya gəlib və şəkil çəkdirib. Bu haqda əməkdaşımıza açıqlama verən prodüser xalq artistinin onu təriflədiyini də bildirib:
“Zeynəb xanım az keçmədi, məni sevindirdi. Maraqlı söhbətimiz oldu. Mənim işlərimi çox bəyəndiyini dedi. Həm də açıqsözlü olduğumu alqışladığını bildirdi”.