Bir neçə gün şəhərimizin qonağı olan türkiyəli müğənni Tuğba Ekinci artıq vətəninə qayıdıb. Axşam.az-ın məlumatına görə, sənətçi martda yenidən Azərbaycana gələcək. Bu haqda əməkdaşımızla söhbətində müğənni Rəqsanə İsmayılova xəbər verib. O, Tuğbanın Gəncədə konsert verəcəyini vurğulayıb:
“Martda – Novruz bayramında Tuğba yenə Azərbaycana gələcək. Bu dəfə onunla Gəncəyə yollanacağıq. Orada solo konsertimiz olacaq. Həmin gecənin bütün təşkilatı işləri ilə Tolik məşğul olacaq. Tuğbanın babası da gəncəlidir. Buna görə də konsert üçün o şəhəri seçdik”.
Foto: Rəşad ABBASOV