Məşhur müğənni Kristina Aqilera arıqlamaqda davam edir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu günlərdə müğənni yenidən fanatlarını təəccübləndirib.
Vaxtilə artıq çəkidən qurtulmaqda çətinlik çəkən və tez-tez buna görə tənqid edilən Kristina artıq iddialı geyimlər geyinməkdən də ehtiyatlanmır. Əyləncə gecələrindən birindən çıxarkən həm gözəlliyi, həm də cazibədarlığı ilə göz qamaşdıran aktrisanın gün keçdikcə daha da arıqlaması pərəstişkarları tərəfindən də sevinclə qarşılanıb.