“Maşın” şoudakı iştirakı ilə səs-küy yaradan klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu dünən Xatirə İslamın ad gününə idman geyimində qatılıb. Axşam.az-ın məlumatına görə, sənətçi buna görə də məclisdə çox oturmayıb. O, Xatirəni təbrik edəndən sonra tədbiri tərk edib. "Maşın" şouda avtomobili qazanan dicey Çinanın maşını ona satmasına Hüseyn belə aydınlıq gətirib:
“O avtomobilə pul vermərəm. Bu haqda isə çox danışmaq istəmirəm. Mənim üç maşınım var. Hətta yaxınlarda “Toyota sequoia” markalı maşın almışam. Bundan musiqiçilər arasında heç kimdə yoxdur. İkinci avtomobilim "Kia"dır. Üçüncünün adını açıqlamaq istəmirəm”.