Müğənni Natavan Həbibi həmkarı Xatirə İslama ad günü münasibətilə dəyərli hədiyyə alıb.
Axşam.az xəbər verir ki, sənətçi hədiyyəsini Xatirəyə təqdim edərkən fotokameramıza tuş gəlib.
Səbəbkar deyib ki, ad günü keçirməkdə məqsədi hədiyyə almaq deyil:
"Dostlarımı buraya yığıb, onları bir arada görmək istədim. Məni utandırırsınız. Mən ad gününü hədiyyə almaq üçün etmirəm".
Xatirə bir müddət etiraz etsə də, yekunda Natavanın hədiyyəsini qəbul etməli olub.
Foto: Rəşad ABBASOV