Ramal: "Buna görə məndən inciyirlər" - fotolar

Ramal: "Buna görə məndən inciyirlər" - fotolar
2206 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ramal İsrafilov bəstələdiyi mahnılarını həmkarlarına verməyəcək.

Bu barədə Axşam.az-ın müxbiri ilə söhbətində sənətçinin özü deyib.

Onun sözlərinə görə, son vaxtlar bəstələrinə qarşı qısqanclıq hissi duyur:

"İstəyirəm ki, mahnılarımı özüm oxuyum. Həmkarlarım buna görə inciyir. Nədənsə məndə paxıllıq yaranıb (gülür)".

R.İsrafilov xalq artisti Aygün Kazımova ilə işbirliklərindən də söz açıb:

" Aygün xanımla mənim bəstələrimdən ibarət albom çıxarmalı idik. Bir müddət işlərə ara vermişik. Mən tənbəl, Aygün xanım tənbəl. Ümumiyyətlə, sənət adamlarının əksəriyyəti tənbəldir. Bu aradan götürülsə, gözəl işlərimiz ortaya çıxar".

Foto: Bəhruz ƏLİZADƏ