Məşhur müğənni Rihanna parlaq və cəlbedici rəngləri çox sevir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər zaman cazibədarlığı ilə göz qamaşdıran ulduz bu dəfə də ənənəsinə sadiq qalıb.
Amerikada televiziya şoularından birinə qatılan Rihanna şarmlı kostyumu ilə diqqət çəkib. “Chanel” brendinə məxsus bu geyimin narıncı olması daha da böyük maraq doğurub. Ulduzun kostyumla çox seksual göründüyü söylənilib.