Elvis Preslinin nəvəsinin sevgilisiylə fotoları yayıldı

Elvis Preslinin nəvəsinin sevgilisiylə fotoları yayıldı
1831 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi müğənni Elvis Preslinin nəvəsi Riley Keug dublyor sevgilisi Ben Petersonla görüntülənib.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, Los-Ancelesdə bir kafedə oturan 24 yaşındakı Riley sevgilisi ilə əl-ələ tutub. Bununla kifayətlənməyən gənc qız onun dizləri üstdə oturub və öpüşməyə başlayıb. Elvis Preslinin yeganə övladı Lisanın qızı olan Riley Petersonla çəkiliş meydançasında tanış olub. Onlar uzun müddətdir münasibətlərinə davam edirlər.

Qeyd edək ki, sevgililər kafe çıxışında avtomobillərini düzgün saxlamadıqları üçün cərimələndiklərinin şahidi olublar.