Əməkdar artist Nüşabə Ələsgərli bəzi sənət dostlarını küsdürüb. Axşam.az-ın məlumatına görə, buna səbəb müğənninin əməkdar artist adı aldığı zaman keçirdiyi qonaqlığa bir çox həmkarını dəvət etməməsi olub. N.Ələsgərli ondan inciyən tanınmışlardan birinin xalq artisti Məleykə Əsədova olduğunu bildirib:
“Tək Məleykə yox, bir çox sənət dostlarım məndən küsmüşdü. Çoxlarını qonaqlığa dəvət etməmişdim. O ərəfədə çox həyacanlı idim, həm ad almışdım, həm də universitetdə imtahanlar başlamışdı. Məleykəni çox istədiyimi özü də bilir. İnsanların inciməsini normal qəbul edirəm. Hansını görsəm, qucaqlayıb, öpüb könüllərini alacağam. Elə Məleykəni də qucaqladım, barışdım”.