Sabah azərbaycanlı modelin toyudur - fotolar

Sabah azərbaycanlı modelin toyudur - fotolar
4024 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah türkiyəli prodüser Kamal Cenk İçten və azərbaycanlı model-aktrisa Minarə Allahverdiyevanın toyudur.

Axşam.az xəbər verir ki, cütlüyün toy mərasimi Bakıda yerləşən istirahət məkanlarının birində gerçəkləşəcək. Şou-biznes nümayəndələri ilə yanaşı, iş adamlarının da qatılacağı məclis media nümayəndələrinə açıq olacaq.

C. İçten şaxtalı havanın toya mane olmadığını bildirib:

"Heç bir qar, çovğun toyumuza əngəl ola bilməz. Çünki bizim izdivacımız təmiz sevgi üzərində qurulub".

Xatırladaq ki, sabah həm də Minarə Allahverdiyevanın doğum günüdür. Toydan sonra cütlük Türkiyəyə bal ayına yola düşəcək.